XİN rəhbəri: "Azərbaycan münasibətləri inkişaf etdirmək niyyətindədir"

12:52 | 23.05.2015
XİN rəhbəri:

XİN rəhbəri: "Azərbaycan münasibətləri inkişaf etdirmək niyyətindədir"

Bizim əməkdaşlığımız bərabər hüquqlu və qarşılıqlı faydalı əsaslar üzərində qurulur

Riqa sammitinin yekunlarına görə, Şərq Tərəfdaşlığı   proqrama üzv  ölkələrin Aİ ilə əməkdaşlığının 3 inkişaf modelini müəyyən edib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qara dəniz və Xəzər dənizi hövzəsində Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında çıxışı zamanı bildirib. 

Nazir deyib ki, Riqa sammiti Moldova, Gürcüstan və Ukraynanın Aİ ilə assosiativ razılaşma əsasında münasibətlər quracağını müəyyənləşdiriblər. 

Daha 2 ölkə Avrasiya İttifaqındakı (AİB) üzvlüyü nəzərə almaqla Aİ ilə münasibət qurmaq niyyətindədir. 

"Azərbaycan Aİ ilə əlaqələri strateji tərəfdaşlıq münasibətlərini nəzərə almaqla ikitərəfli əməkdaşlıq əsasında  qurmağı planlaşdırır. Bu ən əlverişli formatlardan biridir", - nazir vurğulayıb. 

O xatırladıb ki, Azərbaycan 28 Aİ ölkələrindən 9-u ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. 

E.Məmmədyarov qeyd edib ki, Riqaya səfəri zamanı o, Avropa İttifaqına razılaşma layihəsini rəsmi şəkildə təqdim edib. Nazir bu əməkdaşlığın bərabər hüquqlu və qarşılıqlı faydalı əsasda qurulmasının vacibliyin xüsusi vurğulayıb.

Nazir bildirib ki, Azərbaycanın təqdim etmək istədiyi növbəti layihə  Cənub Qaz Dəhlizi layihəsi əsasında qaz sahəsinin inkişaf etdirilməsindən ibarətdir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb