Abşeron rayonunda sərnişin avtobusu yeni qazılmış yolda batıb.
Bildirilib ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. Belə ki, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə hərəkət edən 119 nömrəli xəttin 10-TG-702 qeydiyyat nişanlı sərnişin avtobusu yeni qazılmış çuxurda batıb.Daha sonra sürücü avtobusda olan sərnişinləri düşürməyə məcbur olub. Sürücü nə qədər çalışsa da, avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !