Xızıda tank mərmisi aşkarlanıb - VİDEO

19:00 | 05.04.2022
Xızıda tank mərmisi aşkarlanıb - VİDEO

Xızıda tank mərmisi aşkarlanıb - VİDEO

Xızı rayonu, Ağdərə kəndi yaxınlığında tank mərmisi aşkarlanıb, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə məlumat daxil olub. 

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.
 
Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb