Yaqub Eyyubov: "İnanıram ki, TAP üzrə işlər qrafiklə irəliləyəcək"

21:06 | 17.05.2016
Yaqub Eyyubov:

Yaqub Eyyubov: "İnanıram ki, TAP üzrə işlər qrafiklə irəliləyəcək"

"İnanıram ki, birgə səylərimiz nəticəsində bu layihə üzrə işlər qrafiklə irəliləyəcək və Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq".

"Report" xəbər verir ki, bunu bu gün Salonikdə (Yunanıstan) keçirilən Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib.

Y.Eyyubov Azərbaycan qazının Avropa bazarına çatdırılmasının əhəmiyyətindən, Cənub Qaz Dəhlizi çərçivəsində görülən işlərdən, Məşvərət Şurasının iclaslarından danışıb: "İndi biz birlikdə Xəzər dənizi ilə Adriatik dənizini birləşdirən qaz körpüsünün tikintisinə sadiq qalırıq".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM