Yarasalar şəhərə hücum etdi

22:11 | 10.12.2013
Yarasalar şəhərə hücum etdi

Yarasalar şəhərə hücum etdi

Avstraliyanın Çarters Tauers şəhərinin səmasında 80 minə yaxın yarasa uçuşur

Çarters Tauers şəhəri yarasa hücumuna məruz qalıb. Şəhər rəhbərliyinin məlumatına görə, təxminən 80 min yarasa şəhər üzərində uçuşur. Bələdiyyə işçiləri yarasaları uzaqlaşdırmaq üçün səs bombalarından istifadə etməli olub. 

Bölgədə yaşayan sakinlər isə həm yarasaların səs-küyündən və ətrafda baş qaldıran kəskin qoxudan şikayətləniblər. Onlar həm də yarasaların evlərə daxil ola biləcəyindən qorxduqlarını ifadə ediblər. Yarasaların bölgədən uzaqlaşdırılması üçün helikopterlərdən də istifadə olunur. Bələdiyyə işçiləri yaxın 10 gün ərzində yarasaları şəhərdən tamamilə uzaqlaşdırmağı planlaşdırır. 

ANSPRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb