YARAT Azərbaycan rəssamlarının işlərini sərgiləyəcək

09:42 | 07.06.2014
YARAT Azərbaycan rəssamlarının işlərini sərgiləyəcək

YARAT Azərbaycan rəssamlarının işlərini sərgiləyəcək

Müasir İncəsənət Muzeyində açılan sərgi iyunun 17-dək davam edəcəkYARAT Müasir İncəsənət Təşkilatı və Bakı Müasir İncəsənət Muzeyi "Nuda Veritas" adlı müasir incəsənət sərgisi keçirir. "NUDA VERİTAS" Bakıda yerləşən Müasir İncəsənət Muzeyinin kolleksiyalarında saxlanılan Azərbaycan rəssamlarının - Altay Sadıxzadə, Əşrəf Murad, Cavad Mircavadov, Eldar Qurban, Hüseyn Haqverdi, Kamal Əhməd, MirNadir Zeynalov, Rasim Babayev, Sabina Sıxlinskayanın ərsəyə gətirdikləri işləri təqdim edir. Samirə Sefinin kuratorluq ideyası əməkdar rəssam və kurator Sabina Şıxlinskayanın keçirdiyi məşğələlərin nəticəsində formalaşıb. "Müasir İncəsənətdə Kuratorluq və Mediator Təcrübələri" adlı məşğələ "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən həyata keçirilən təhsil proqramı çərçivəsində 2013-cü ildə Bakı şəhərində təşkil olunub. Sərgi Müasir İncəsənət Muzeyində iyunun 13-dən 27-dək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM