Yazıçılar Birliyinə verilən evlər satıldı

13:16 | 10.07.2014
Yazıçılar Birliyinə verilən evlər satıldı

Yazıçılar Birliyinə verilən evlər satıldı

Azərbaycan Yazıçılar Birliyi üzvlərinə verilən 9 mənzilin hamısını sataraq, əldə edilən pulu iddialılar arasında bölüb.Bunu AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin ev bölgüsü ilə bağlı yaradılmış komissiyasının sədri Rauf Aslanov deyib.O bildirib ki, 9 mənzil Yazıçılar Birliyinin 36 üzvü arasında bölünüb: “Bütün mənzillər satıldı və üzvlərimiz arasında bölüşülüb. Hər kəs də bu bölgüdən razı qalıb”.R. Aslanov mənzillərin satılmasında əməyi olan jurnalistlərə və bu xəbərləri mütamadi diqqətdə saxlayan sayit rəhbərlərinə təşəkkürünü bildirib.Qeyd edək ki, bu mənzillər AYB-ə “Abidə” MTK şirkəti tərəfindən verilib. Yazıçılara verilən 9 mənzilin hər biri 105 kvadratmetr olmaqla iki otaqdan ibarətdir. AYB isə bu mənzilləri 36 yazıçı arasında bölüşdürmək qərarına gəlib. Ona görə də mənzillər satışa çıxarıldığı bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti