Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək

16:52 | 21.04.2014
Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək

Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək

Bu gün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub: “Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin. Yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək”. Birlikdən əlavə ediblər ki, qurultay Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb