Yazıçılar Birliyinin saytında yeni layihəyə start verildi

12:57 | 15.01.2014
Yazıçılar Birliyinin saytında yeni layihəyə start verildi

Yazıçılar Birliyinin saytında yeni layihəyə start verildi

Azərbaycan Yazıçılar Birliyində (AYB) oxucuların kitaba marağının artırılması məqsədi ilə yeni layihəyə başlanılmışdır.AYB-in mətbuat katibi Xəyal Rza bildirib ki, “Sizə kitab gətirmişəm” adlı xeyriyyə aksiyasının məqsədi uşaq evlərindəki azyaşlı oxucuları kitabla təmin etməkdir. Layihənin ideyası mənə məxsusdur və düşünürəm ki, qələm dostlarımız bu xeyriyyə aksiyasının yaşaması üçün bizə dəstək verəcəklər. Biz həm Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, həm də üzv olmayan yazarlara müraciət edəcəyik ki, uşaq evlərindəki azyaşlı uşaqları kitabla təmin etmək məqsədi ilə öz kitabxanalarında olan uşaq ədəbiyyatı nümunələrini və dərslik nəşrlərini bizə təqdim etsinlər. Toplanan kitablar ayda bir dəfə uşaq evlərindən birinə təqdim ediləcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb