Yeməyindən ilan çıxdı

09:25 | 28.05.2018
Yeməyindən ilan çıxdı

Yeməyindən ilan çıxdı

İngiltərənin Şeffild şəhər sakini səhər yeməyi zamanı dəhşətli hadisə ilə qarşılaşıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kişi qarğıdalıdan hazırlanmış səhər yeməyi yemək üçün qutunu şkafdan götürüb stolun üzərinə qoyub. Bu zaman qutudan bir metr uzunluğunda ilan çıxıb. İlan qabyuyan maşının üzərinə düşüb. Çaşan kişi isə heyvanların qəddar davranışlardan müdafiə mərkəzinə müraciət edib.

"Məncə o qarğıdalı yemək istəyirmiş” deyə qurumun əməkdaşı Keti Hetxerinqton deyib. O, ilanı ovlayıb və mütəxəssislərə verib.

Güman edilir ki, ekzotik ilan sahibindən qaçıb. Hazırda ilanın sahibi axtarılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb