Yeni avtobuslar xəttə buraxılır - VİDEO

09:22 | 28.08.2015
Yeni avtobuslar xəttə buraxılır - VİDEO

Yeni avtobuslar xəttə buraxılır - VİDEO

Nəqliyyat Nazirliyi məsələ ilə bağlı ANS-ə açıqlama verdi.

"Baku Bus” MMC-ə məxsus yeni avtobuslar sentyabrın 1-dən etibarən hissə-hissə xəttə buraxılacaq.

ANS TV-nin məlumatına görə, əsasən şəhərin mərkəzi hissəsində marşrut xəttinə 300 avtobusun növbəli şəkildə istifadəyə verilməsinin səbəbini Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə izah edir:

"Bu işlər sentyabrın 1-dən etibarən mərhələli bir şəkildə həyata keçiriləcək. Məsələn, bir gündə iki-üç avtobus birdən xəttə buraxılacaq. 10-15 gün keçdikdən sonra bu proses yenidən təkrarlanacaq, yəni xəttə daha iki-üç avtobus buraxılacaq. Bu işlər inqilabi yolla deyil, məhz təkminləşmə yolu ilə aparılacaq.

Bunun müqabilində vətəndaşlar arasında ajiotaj yaranmayacaq. Çünki hər gün evdən çıxan şəxs psixoloji baxımdan dayanacaqda durarkən adət etdiyi avtobusunu görməyə öyrəşib. Birdən-birə 300 ədəd avtobusun xəttə girməsi bəzi problemlərə səbəb ola bilər. Ona görə də nəzərdə tutmuşuq ki, bu proses mərhələli şəkildə olsun”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb