Yeni ilə qədər Günəşdə "çevriliş" olacaq - NASA-dan açıqlama

16:37 | 20.11.2013
Yeni ilə qədər Günəşdə "çevriliş" olacaq - NASA-dan açıqlama

Yeni ilə qədər Günəşdə "çevriliş" olacaq - NASA-dan açıqlama

NASA-nın astronomları Günəşdə "çevriliş"in nə zaman baş verəcəyini və magnit sahələrinin nə zaman qütb yerdəyişməsi edəcəyini aydınlaşıdırıblar. Onların fikrincə, bu, cəmi 3 həftənin içində baş verəcək. 
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, işdən çıxmağa, qiyamət günü təşvişinə ehtiyac yoxdur: Günəşdə qütblərin belə yerdəyişməsi hər 11 ildən bir baş verir. 
"Bu katastrof deyil, real nəticələri olan böyük hadisədir. Heç nədən qorxmağa ehtiyac yoxdur", - Stenford universitetinin fiziki Todd Hoks açıqlamasında deyib. "Günəşin magnit qütb sahələri zəifləyir, sıfıra qədər düşür, sonra isə yenidən digər magnit qütb sahəsinə hərəkətə keçir - bu, günəş tsiklinin normal elementidir", - digər elm adamı Fil Şerer açıqlamasında deyib. 
Ancaq o qədər də rahat olmağa da dəymir, çünki Günəşdəki bu aktivlik bütün günəş sisteminə öz təsirini göstərir. Yerdə bu, magnit burulğanlarına səbəb olacaq, sputniklərin və elektron priborların normal fəaliyyətinə mane olacaq. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb