Yeni nazirdən bir günə 5 təyinatı

12:32 | 26.04.2018
Yeni nazirdən bir günə 5 təyinatı

Yeni nazirdən bir günə 5 təyinatı

Kənd Təsərrüfatı naziri İnam Kərimovun ötən gün Asan Xidmətdən 4 kadrı transfer etməsi barədə yayılan məlumat rəsmən təsdiq olunmayıb.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, ötən gün 5 təyinatla bağlı yayılan informasiyanın yalnız özünə aid olanı doğrudur:

"Mənim özümlə bağlı təyinat oldu və açıqladıq. Hələlik mətbuatda yayılan təyinatlar olmayıb. Əgər olarsa, burada gizlədiləcək məqam yoxdur, açıqlayacağıq”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilib. Ötən gün bunun ardınca daha 4 təyinat həyata keçirildiyi, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə gətirildiyi haqda məlumat yayılmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb