Yeni rəis bu şəxsləri işdən çıxardı

15:01 | 04.05.2018
Yeni rəis bu şəxsləri işdən çıxardı

Yeni rəis bu şəxsləri işdən çıxardı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Sənan Nəcəfov məlumat yayıb.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və İnformasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında həmçinin Daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb