Yeni rəisdən şok addım: "Şikayətçi" qismində idarələri gəzdi

12:58 | 14.11.2014
Yeni rəisdən şok addım: "Şikayətçi" qismində idarələri gəzdi

Yeni rəisdən şok addım: "Şikayətçi" qismində idarələri gəzdi

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi"nin BŞBPİ-nin rəisi olduğu məlum olub. Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək. BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM