Yeni sifət transfer etdirdi, indi özünə toy edir - FOTOLAR

20:55 | 12.09.2014
Yeni sifət transfer etdirdi, indi özünə toy edir - FOTOLAR

Yeni sifət transfer etdirdi, indi özünə toy edir - FOTOLAR

Türkiyənin 5-ci sifət transferi etdirən 28 yaşlı Rəcəb Sərt dekabr ayında nişanlısı Esma Akyurtla rəsmi nikaha girəcək.ANN.Az türk mediasına istinadən xəbər verir ki, evlilik hazırlıqlarına başlayan cütlük öz toylarında rəqs etmək üçün dərslərə başlayıb. Həyatının ən xoşbəxt günlərini yaşadığını deyən Rəcəb Sərt toyu Bursada keçirəcəklərini və daha sonra da orada yaşayacaqlarını deyib.Səhhətinin yaxşı olduğunu deyən Rəcəb Sərt "Mənim üçün əməliyyatdan sonrakı ilk bir il çox önəmli idi. Bu riskli ili başa vurduqdan sonra psixoloji olaraq çox rahatladım. Sifətimlə bağlı hazırda heç bir sıxıntım yoxdur" - deyib.O, hələ də müalicəsinin davam etdiyini bildirib və artıq sifətini hiss etdiyin, toya qədər hələ bir neçə estetik əməliyyat keçirəcəyini vurğulayıb.Rəcəbin nişanlısı Esma Akyurt da toy həyəcanı ilə yaşayır: "Rəcəb çox yaxşı insandır. Onunla bərabər özümü daha rahat hiss edirəm. İkimiz də xoşbəxtliyi haqq edirik. Evləndikdən sonra həyatımızı qaldığı yerdən davam etdirəcəyik".2007-ci ildə təmizlədiyi tüfəngdən açılan atəş zamanı sifəti tamamilə dağılan Rəcəb Sərtə 2013-cü il iyulun 18-də Muğlaya tətilə gələn və orada beyin ölümü keçirən polşalı turist Andrzey Kuczanın (42 yaşında) üzü transfer olunub.Əməliyyatı Ağdəniz Universiteti Tibb Fakültəsi Plastik Estetik və rekonstruktiv cərrahı, professor Ömər Özkanın rəhbərliyi ilə həkim heyəti həyata keçirib. Sifəti ilə bərabər ona çənə nəql olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb