Yenidən prezident seçilən Bəşər Əsədi kimlər təbrik edib?

16:32 | 07.06.2014
Yenidən prezident seçilən Bəşər Əsədi kimlər təbrik edib?

Yenidən prezident seçilən Bəşər Əsədi kimlər təbrik edib?

Üç ölkənin rəhbəri Suriyanın yeni seçilən prezidentinə zəng edibSuriyada bir necə gün öncə keçirilən prezident seçkisindən sonra yenidən prezident seçilən Bəşər Əsəd təbrikləri qəbul etməyə başlayıb. ANS PRESS-in məlumatına görə, artıq 3 ölkə rəhbəri ona təbrik göndərib. Bunlar Rusiya, Venesuella, Şimali Koreya liderləridir. Suriyanın rəsmi xəbər agentliyi SANA-nın yaydığı məlumata görə, Vladimir Putin, Nikolas Madura və Kim Çen In Əsədə zəng edib. "Hizbullah"ın baş katibi Həsən Nasrullah da Əsədi təbrik edib. Xatırladaq ki, Suriyada prezident seçkisi 3 iyunda keçirilib. Seçinin nəticəsinə görə, 88,7 faiz səs toplayan Bəşər Əsəd yenidən ölkə prezidenti seçilib. Suriyada 3 ildən artıqdır ki, davam edən qarşıdurmalar nəticəsində minlərlə insan ölüb.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM