Yer Kürəsinin əsrarəngiz gözəlliyi - Kosmosdan Video

22:59 | 16.04.2015
Yer Kürəsinin əsrarəngiz gözəlliyi - Kosmosdan Video

Yer Kürəsinin əsrarəngiz gözəlliyi - Kosmosdan Video

NASA kosmosda çalışan astronavtların kamera ilə qeyd edilmiş videosunu yayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, astronavtlar Terri Virts və Brus MakKandlessin çəkdiyi video-görüntüdə kosmosda edilən bütün hərəkətlər yer alıb. Beynəlxalq Kosmos Stansiyasında aparılan təmir və quruculuq işlərinin göstərildiyi videoda Yer Kürəsi də dəqiq bir şəkildə əksini tapır. 25 fevral-1 mart arası tarixlərdə qeydə alınan "EVA 30" və "EVA 31" video-qeydlərini hər kəs izləyə bilər. Video-görüntülərdən biri 1 saat, digər isə 40 dəqiqə uzunluğundadır.

Görüntülərdə Kosmos Stansiyasının aşağısında yerüzünün təkrarolunmaz gözəlliyi diqqət çəkir. Video yerdən orta hesabla 350-400 kilometr hündürlükdən qeydə alınıb.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb