Yığılan 1774,8 litr qan hara gedəcək?

17:36 | 15.11.2013
Yığılan 1774,8 litr qan hara gedəcək?

Yığılan 1774,8 litr qan hara gedəcək?

Ötən gün "Aşura" günü münasibəti ilə Bakı və digər şəhərlərdə qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkil etdiyi aksiyada 4437 nəfər qan verib. ANN.Az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə əsasən verdiyi xəbərə görə, nəticədə 1774,8 litr qan toplanıb. Qanvermə aksiyaları Bakının "Təzə Pir", "İçərişəhər Cümə", "Soltanəli", Keşlə qəsəbəsindəki məsciddə, eləcə də Lənkəran, Gəncə, Sumqayıtın bir neçə məscidlərində baş tutub. Aksiyanın mərkəzi isə ET Homotologiya vı Transfuziologiya İnstitutunun Mərkəzi Qan bankı olub.Qeyd edək, yığılan qan ehtiyatı hemofiliya, talassemiya kimi xəstələrin müalicəsində, eləcə də qana ehtiyacı olan kəslərə yardım üçün istifadə olunacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM