Yığmanın futbolçusu gecə klubunda güllələndi

11:43 | 21.04.2014
Yığmanın futbolçusu gecə klubunda güllələndi

Yığmanın futbolçusu gecə klubunda güllələndi

Türkiyənin “Beşiktaş” komandasının və Türkiyə yığmasının futbolçusu Gökhan Törə silahlı hücuma məruz qalıb.APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 20-də gecə baş verib.“Beşiktaş” – “Fənərbağça” matçından sonra gecə klubuna əylənməyə gedən futbolçu burada naməlum şəxsin odlu silahdan açdığı atəşlə kürəyindən yaralanıb. G. Törə dərhal xəstəxanaya aparılıb və əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilir. Hadisə zamanı daha 4 nəfər yaralanıb.“Beşiktaş” klubu faktı təsdiqləyib. Klub bir qədər sonra olayla bağlı rəsmi açıqlama yayacaq. ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM