Yunanıstan miqrant böhranı üzərində çalışır

23:44 | 08.09.2015
Yunanıstan miqrant böhranı üzərində çalışır

Yunanıstan miqrant böhranı üzərində çalışır

 Yunanıstan hökuməti və BMT qaçqınlarla iş üzrə agentliyi Lesbos adasındakı təxminən 25 min miqrantla məşğul olmaq üçün əlavə heyət cəlb edib.

Adadakı köhnə futbol meydanında miqrantlar üçün qeydiyyat mərkəzi də fəaliyyətə başlayıb.

Yunanıstan naziri bazar ertəsi bildirib ki, Lesbos "partlayış ərəfəsindədir”.

Bu arada, yüzlərlə miqrant Macarıstanın Serbiya ilə sərhədində polis sıralarını yararaq paytaxt Budapeştə yeriməyə başlayıb.

Polis miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Daha sonra Budapeştə doğru hərəkət edən miqrantlar avtobusla başqa bir qəbul məntəqəsinə getməyə razılaşıblar.

BBC müxbiri James Reynolds xəbər verir ki, Makedoniyadan Serbiyaya keçmək istəyən miqrantların uzun növbələri yaranıb.

Image caption Macarıstan Qərbi Avropaya getmək istəyən miqrantlar üçün çətin keçid yoluna çevrilib

Macarıstan Yaxın Şərq və Afrikadan gələn və Almaniya və digər ölkələrdə sığınacaq almaq istəyən minlərlə miqrantın çətin keçid yoluna çevrilib.

Miqrantların qarşısını almaq üçün tikilməkdə olan sərhəd hasarı da hələ ki, səmərəsizdir. Macarıstan daxili işlər naziri Csaba Hende-nin bazar ertəsi istefa verməsinin də bununla bağlı olduğu güman edilir.

Budapeştdə miqrantların qarşısını almaq mümkün olmadığından, cümə günü təxminən 20 min miqrant həftə sonu Macarıstandan Avstriyaya və Almaniyaya doğru hərəkət etməyə başlayıb.

Almaniya kansleri Angela Merkel bildirib ki, miqrantların Almaniyaya "nəfəskəsən” axını növbəti illərdə ölkəni dəyişəcək. /bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM