"Yuventus"un yeni prezidenti bəlli olub

21:00 | 29.11.2022

"Yuventus"un yeni prezidenti bəlli olub

İtaliyanın "Yuventus" klubunun yeni prezidenti bəlli olub.

Yerli mətbuat xəbər verir ki, bu barədə Turin təmsilçisinə nəzarət edən "Exor" holdinq qərar çıxarıb.

"Qoca sinyora" Canluka Ferreroya tapşırılacaq. O, bir çox şirkətlərdə - "Fincantieri", "Lavazzara", "Biotronik", "Praxi", "Gedi", "Nuo", "Fenera" və "Lifenet"də menecer, mühasib və auditor kimi çalışıb. Ferrero "Piedmont" bankının da vitse-prezidentidir.

Ötən gün "Yuventus"un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb