Özbəkistan qonşu respublikalarla sərhədi bağladı

15:15 | 15.06.2016
Özbəkistan qonşu respublikalarla sərhədi bağladı

Özbəkistan qonşu respublikalarla sərhədi bağladı

Özbəkistan iyunun 15-dən iyunun 25-dək Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistandan vətəndaşların və nəqliyyat vasitələrinin respublikaya gəlişini məhdudlaşdırır.
 
APA-nın "АКИpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
"Özbəkistan iyunun 15-dən 25-dək Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistandan vətəndaş, nəqliyyat vasitələri və yüklərin ölkəyə daxil olmasını məhdudlaşdırır. İstisna qayda ancaq Qırğızıstanın Oş vilayətindəki eksklav Barak Kara Suuysk rayonuna şamil ediləcək. Oranın sakinləri əvvəlki qaydada qırğız-özbək sərhədini keçə biləcəklər”, - deyə məlumatda bildirilir.
 
Qadağanın səbəbləri barədə heç nə deyilmir. Lakin ehtimal edilir ki, səbəb iyunun 23-24-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsi ola bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM