Özəl taksi sürücülərinin fəaliyyəti ləğv edilə bilər

13:00 | 23.01.2015
Özəl taksi sürücülərinin fəaliyyəti ləğv edilə bilər

Özəl taksi sürücülərinin fəaliyyəti ləğv edilə bilər

Paytaxtda fəaliyyət göstərən özəl taksi sürücülərinin fəaliyyətinə birdəfəlik xitam verilə bilər.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, hazırda məsələ Nəqliyyat Nazirliyinin gündəmindədir və ətraflı şəkildə müzakirə olunur.
 
Qərar qəbul edilərsə, Avropa şəhərlərində olduğu kimi sözügedən xidmət sahəsi ayrı-ayrı özəl şirkətlərə veriləcək. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər həmin şirkətlərə müraciət edərək işlə təmin olunacaq.

Bildirək ki, bu təcrübə artıq bütün dünyada qəbul olunub və özünü doğrultmaqdadır.

Bu arada I Avropa Oyunları ərəfəsində paytaxta daha 200 ədəd London taksisi gətirilib.

Bu barədə AzərTAc-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib ki, əlavə 300 taksi də yaxın vaxtlarda Bakıya çatdırılacaq. Həmçinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xalq Faiqoğlu” MMC tərəfindən 300 sərnişin avtobusu da sifariş edilib. Onlardan 50-si artıq Bakıdadır və marşrutlara buraxılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb