Zəlimxan Yaqubun səhhətiylə bağlı açıqlama

13:02 | 03.04.2014
Zəlimxan Yaqubun səhhətiylə bağlı açıqlama

Zəlimxan Yaqubun səhhətiylə bağlı açıqlama

Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun bu gün səhər saatlarında səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.Bu barədə AzVision.az-a açıqlamasında Z.Yaqubun qızı Günay Yaqubova məlumat verib.“Bayaqdan zənglər gəlir ki, atamın səhhəti pisləşib. Yalan söhbətdir. Atam dializə gedib, saat birin yarısı üçün evə qayıtmalıdır. Səhhəti qaydasındadır, işə gedib-gəlir. Bir həftədir ki, Almaniyadan qayıdıb, müayinə üçün yenə gedəcək, amma nə vaxt getməyi hələki məlum deyil”. Qeyd edək ki, publika.az-ın məlumatına görə, Xalq şairi Zəlimxan Yaqub bu səhər xəstəxanaya yerləşdirilib. Şairin vəziyyəti kəskin pisləşdiyi üçün onu Klinik Tibbi Mərkəzə aparıblar.***Xalq şairi Zəlimxan Yaqub bu səhər xəstəxanaya yerləşdirilib.Məlumata görə, şairin vəziyyəti kəskin pisləşdiyi üçün onu Klinik Tibbi Mərkəzə aparıblar.Hazırda Zəlimxan Yaqub həmin xəstəxanadadır.Şairin qızı Günay Yaqubova xəbəri təsdiqlədi. O atasının həkim nəzarəti olduğunu deyib.//"Publika.az"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM