Zidan onun transferinə razılıq verdi

19:00 | 22.03.2018
Zidan onun transferinə razılıq verdi

Zidan onun transferinə razılıq verdi

"Real”ın baş məşqçisi Zinəddin Zidan "Bavariya”nın hücumçusu Robert Levandovskinin transferinə razılıq verib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "AS” nəşri məlumat yayıb.

Məlumat əsasən, Madrid təmsilçisinin polşalı futbolçunun agenti ilə ilkin razılığa gəldiyi bildirilir.

Almanlar da "Real”ın Levandovski üçün tələb olunan 100 milyon avro təzminatı ödəyəcəyi təqdirdə 29 yaşlı futbolçunu satmağa hazırdır.

Qeyd edək ki, "Real” təcrübəli hücumçunun keçidi üçün hazırda "Bavariya”da icarə əsasında çıxış edən Xames Rodrigesi də qarşı tərəfə təklif etməyə razıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb