Ziya Məmmədov: "İmkanımız yoxdur"

12:16 | 26.01.2015
Ziya Məmmədov:

Ziya Məmmədov: "İmkanımız yoxdur"

Ziya Məmmədov sürət qatarı və tramvay layihələrindən danışdı

"Sürətli qatarlar, tramvaylar xəyala bənzəyir. Bununla belə bu layihələr gerçəkləşəcək". 

ANS PRESS-in məlumatına görə, bunu bu gün nəqliyyat naziri Ziya Məmmədov deyib. 

Nazir hazırda dünya bazarında qara qızıl- neftin qiymətində ucuzlaşma qeydə alındığını deyib. "Buna görə, bizim hələ belə layihələri gerçəkləşdirmək imkanımız yoxdur. Amma gələcəkdə biz bunu tətbiq edəcəyik".

Z.Məmmədov paytaxtın ictimai nəqliyyatının yenilənməsi məsələsinə də toxunub. O, qeyd edib ki, bu ilin yayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kimi Bakıya 200 yeni avtobus gətiriləcək. Yeni avtobuslar Fransadan alınır. "Bu yerə kimi 250 avtobus gətirilib. Hazırda isə sürücülərə təlimlər, dil dərsləri keçirilir". 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb