“Üzümü yoldaşıma tutub deyirəm ki, qorxma” - Narkotikə görə cinayət törədən ər və arvad - VİDEO - FOTO

22:25 | 28.01.2019
“Üzümü yoldaşıma tutub deyirəm ki, qorxma” - Narkotikə görə cinayət törədən ər və arvad - VİDEO - FOTO

“Üzümü yoldaşıma tutub deyirəm ki, qorxma” - Narkotikə görə cinayət törədən ər və arvad - VİDEO - FOTO

Milli.Az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında budəfə məhbus ər və arvadın həyatından bəhs edilib.
Natiq İsmayılov - Məhkum (Cəzası: 9 il): "Tutulmağıma səbəb narkotikə pul çatırmamaqdır. Gedib soyğunçuluq etdim. Hadisə şəhərin müəyyən yerlərində olub. Şəxsiyyət vəsiqəsi var idi. Yerdən tapmışdıq. Yoldaşıma oxşayırdı. Həyat yoldaşımı aparmışdım telefon satmağa. Orada tutdular bizi. Özüm tərbiyəli ailədə böyümüşəm. Anam 30 il müəllim işləyib. Valideynlərim rəhmətə gedəndən sonra narkotikə başlamışam. Üzümü yoldaşıma tutub deyirəm ki, danış. Heç kimdən qorxma. 13 ildir ki, bir yerdəyik. Ömür boyu ağlıma gəlməz ki, o məni atar. Olsa belə onu unuda bilmərəm. Gedib cinayət edəndən sonra dedim ki, gedək sataq. Dedi ki, mənim vəsiqəm deyil, necə sataq? Məcbur onu aparanda bizi tutdular. 5 ildir ki, qardaşımdan başqa heç kim yanıma gəlməyib".
Elmira İsmayılova - Məhkum (Cəzası: 7 il): "Ailədə 9 uşaq olmuşuq. 1 doğma qardaşım var. 12 ildir ki, görmürəm. Anam rəhmətə gedəndən sonra nənəmgildə qaldım. Bir müddət də Dağıstanda xalamgildə qaldım. Bakıya qayıdanda Natiqlə tanış oldum. Hər gün onu fikirləşirəm. Sevgim ona qarşı necə var idisə, indi də elədir. Zəng gəldi ki, telefonu satmaq lazımdır. Şəxsiyyət vəsiqəsindəki qadına da oxşayırdım. Məcbur olub getdim satmağa. Həmin gün də tutulduq. Qınayıram, amma nə dəyişəcək ki? Onlar da mənim kimi 4 divar içindədilər. Elədiyim işə görə çox peşmanam".    
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb