• $
  • £

Kaliforniya Trampı məhkəməyə verib

Kaliforniya Trampı məhkəməyə verib
11.06.2025 08:33

Kaliforniya ştatı və qubernator Gevin Nyusom ABŞ prezidenti Donald Trampı məhkəməyə verib. Onlar Trampı Milli Qvardiyanın Los-Ancelesə göndərilməsi ilə Konstitusiyanı və federal qanunları pozmaqda ittiham edirlər.

San-Fransiskodakı federal məhkəməyə təqdim olunan iddiada Trampın göstərişi "misli görünməmiş səlahiyyət ələ keçirmə" kimi qiymətləndirilir və ştatın suverenliyinə təhdid olduğu bildirilir.

Tramp isə buna cavab olaraq 1807-ci il Üsyan Qanununa istinad edib və bəzi Los-Anceles rayonlarında baş verənləri "qiyam" adlandırıb.

Prezident əlavə qoşun göndəriləcəyini istisna etməyib və Nyusomu bacarıqsız adlandırıb.

İyunun 6-dan etibarən ICE tərəfindən qeyri-qanuni miqrantların saxlanılması ilə başlayan hadisələr etirazlara səbəb olub. Etirazlar tezliklə iğtişaşlara çevrilib.

Bütün ölkə üzrə 170-dən çox şəxs saxlanılıb. Trampın göstərişi ilə Kaliforniyaya 2000 Milli Qvardiya əsgəri və 700 dəniz piyadası göndərilib.

Qubernator Nyusom bu addımı "avtoritarizmə doğru addım" adlandırıb.

Los-Ancelesin meri Karen Bass ICE reydlərini "lazımsız və dağıdıcı" adlandırıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə iğtişaşların təşkilində peşəkar təxribatçıların iştirak etdiyini iddia edib.

N.Təbrizli

Similar news
Similar news
Iran’s IRGC says it struck two tankers in Strait of Hormuz
World 12:00
Iran’s IRGC says it struck two tankers in Strait of Hormuz
Pashinyan says Armenia matters to China, U.S., EU and other partners
World 18:00
Pashinyan says Armenia matters to China, U.S., EU and other partners
EU provides Armenia with additional 43.9 million euros in grants
World 15:30
EU provides Armenia with additional 43.9 million euros in grants
Drone attacks spark fires at two Wildberries warehouses in Russia
World 15:00
Drone attacks spark fires at two Wildberries warehouses in Russia
Nakhchivan religious affairs agency appoints deputy director
World 11:30
Nakhchivan religious affairs agency appoints deputy director
Mayor of Turkey’s Etimesgut detained in corruption probe
World 11:00
Mayor of Turkey’s Etimesgut detained in corruption probe
Iranian source claims Strait of Hormuz has been fully closed
World 18:01
Iranian source claims Strait of Hormuz has been fully closed
Zelenskiy arrives in United States for talks with Trump
World 15:00
Zelenskiy arrives in United States for talks with Trump
Nearly 400 drones headed towards Moscow region overnight
World 14:00
Nearly 400 drones headed towards Moscow region overnight
Anews TV

Our official Youtube channel

Subscribe