Parlamentdə “erotika” söhbəti

14:21 | 16.10.2018
Parlamentdə “erotika” söhbəti

Parlamentdə “erotika” söhbəti

"Azərbaycan zərərli informasiyaları dərsliklərin özü yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir”.

Bu sözləri millət vəkili Aqil Abbas "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanunun müzakirəsi zamanı deyib.

Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib:
"Məhəmmədhüseyn Təhmasib Sovet dövründə  uydurma nağıllar öyrətdi uşaqlara. İndi də bu cür materialalr yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci dinif dərsliyində uşaqlara sual verilir ki, "Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq da cavab verib " yox”, atası da onu vurub. Üçüncü sinif dərsliyində eriotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir.Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. 7-ci sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq”./olke.az
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM