“Azərbaycan” İES-in 2 bloku istismara verilir

14:53 | 03.07.2018
“Azərbaycan” İES-in 2 bloku istismara verilir

“Azərbaycan” İES-in 2 bloku istismara verilir

Yaxın dəqiqələr ərzində "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 2 bloku istismara veriləcək.
 
AzVision.az xəbər verir ki, bu barədə "Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. 

Qurum rəsmisi bildirib ki, gecə saatlarında yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ümumi gücü 2 min 400 meqavat olan "Azərbaycan” İES öz fəaliyyətini dayandırmışdı. Görülmüş tədbirlərdən sonra İES-in 2 bloku yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da təxminən 400-500 meqavat elektrik enerjisi deməkdir.

Y.Babanlı əlavə edib ki, hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 90 faizə çatdırılıb.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki "Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM