Azərbaycanlı prodüser Dueyn Consonla işləyəcək

21:00 | 19.09.2017
Azərbaycanlı prodüser Dueyn Consonla işləyəcək

Azərbaycanlı prodüser Dueyn Consonla işləyəcək

Qazaxstanın "Street Workout” federasiyasının vitse-prezidenti İslam Badurqov və azərbaycanlı prodüser Əmir Allahverdi Las-Veqasda aktyor Dueyn Conson ilə görüşüblər.

Bu barədə anews.az xarici mətbuata istinadən xəbər verir.

"Dostlar, 16 sentyabr Las-Veqasda mən və dostum prodüser Əmir Allahverdi "Qaya” ləqəbli aktyor və idmançı Dueyn Consonla görüşdük. Bu insan əfsanədir. O, məni həm həyatda, həm də idmanda motivasiya edir. Buna görə də, dostlar, xəbərləri izləyin, çünki yaxın zamanlarda sizi sevindirəcəyik”, - deyə İslam Badurqov "Instagram” səhifəsində qeyd edib.


İslam Badurqov bildirib ki, "Qaya” ilə birgə layihə hazırlanır, lakin təfərrüatlar haqda hələ məlumat vermək olmaz: "Çox səmimi söhbət baş tutdu. O məni və dostum Əmiri görməyə çox şad idi. Layihə hazırlayırıq və onu Dueynə təklif etmək istəyirik. Hər şey sirr olduğu üçün təfərrüatlar haqda məlumat verə bilmərəm”, - deyə İslam Badurqov qeyd edib.


Dueyn Conson "Qaya” ləqəbi ilə tanınan amerikalı restler və aktyordur. 1996-cı ildən 2004-cü ilədək "World Wrestling Federation/Entertainment”də (WWF/E) çıxış edib. 8 qat WWF/E, 2 qat WCW, 2 qat WWF çempionudur.

2001-ci ildə kinoda debüt edən Dueyn 2002-ci ildə "Əqrəblərin hökmdarı” filmində baş rolu ifa edib. Həmçinin, Conson "Doom”, "Mumiya qayıdır”, "Forsaj”, "Herakl” kimi filmlərdə rol alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb