Bakı-Sumqayıt yolunda təhlükə - VİDEO

14:37 | 08.11.2018
Bakı-Sumqayıt yolunda təhlükə - VİDEO

Bakı-Sumqayıt yolunda təhlükə - VİDEO

Bakı-Sumqayıt yolunda baxış quyusunun qapağı sınıb və quyunun ağzı açıq qalıb. Bu isə yoldan istifadə edənlər üçün problemə çevrilib. Çünkü həmin hissədə heç bir xəbərdaredici nişan qoyulmayıb və sürücülər quyunun ağzının açıq olmasını görə bilmirlər. Aidiyyatı qurumlar isə məsələdə bir-birlərini günahlandırır.

Yolun ortasında olan baxış quyusunun qapağı qırılıb. Nəticədə avtomobillərin intensiv hərəkət etdiyi yolda təhlükəli vəziyyət yaranıb.

Görüntüləri həmin yoldan keçən sürücülərdən biri çəkərək votsapp nömrəmizə göndərib. Araşdırma zamanı məlum oldu ki, kadrlar Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində çəkilib. Xırdalan dairəsindən üzü şəhər istiqamətdəyolun ortasında olan baxış quyusunun qapağı ağırlığa tab gətirməyərək qırılıb.

Ağzı açıq quyunun təxminən 3 metrə yaxın dərinliyinin olması və ərazidə heç bir xəbərdaredici nişanın olmaması təhlükəni daha da artırır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, həmin hissədən Bakı Su Kanal İdarəsinin yüksək təyziqli xətti keçir. Yəni qırılan qapaq Bakı Su kanal idarəsinə aiddir və problem də onlar tərəfindən aradan qaldırılmalıdır.

''Azərsu'' ASC-nin sözçüsü Anar Cəbrayıllı isə bildirdi ki, sözügedən baxış quyusu və onun qapağı yol təmir olunarkən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qoyulub. Həmin quyunun qapağı kampazit materialından olduğu üçün ağırlığa tab gətirmir. Buna görə də, quyunun üzərindən ağır tonnajlı avtomobillər keçərkən həmin qapaqlar tez-tez sıradan çıxır. Anar Cəbrayıllı onu da bildirdi ki, sözügedən problemi əslində Avtomobil Yolları Dövlət Agentliyi aradan qaldırmalıdır. Buna baxmayaraq, Bakı Su Kanal İdarəsinin əməkdaşları çeviklik göstərərək avtomobillərə ciddi maneə yaradan bu problemi aradan qaldıracaq. (Xəzər TV)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb