Bu şəxslərin "Bakı Bus" avtobuslarına minməsi qadağan edilib

19:25 | 20.07.2018
Bu şəxslərin

Bu şəxslərin "Bakı Bus" avtobuslarına minməsi qadağan edilib

"Bakı Bus" ev heyvanlarının və içkili sərnişinlərin avtobusa girişinə qadağa qoyub.


Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Bus"un direktor müavini Azər Qasımov bildirib.


O qeyd edib ki, qəfəs olmadan ev heyvanlarının avtobuslara girişi qadağandır:


"Bunu biz demirik. Bu qanun Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb