“Eyrbas” Asiyanı fəth edir

22:45 | 16.07.2018
“Eyrbas” Asiyanı fəth edir

“Eyrbas” Asiyanı fəth edir

"Eyrbas” şirkəti Malaziyanın "Eyr Asiya Qrup” şirkəti ilə 23 milyardlıq müqavilə imzalaya bilər.

Axar.az xəbər verir ki, bu barədə "Blomberq” agentliyi məlumat yayıb. Agentlik tərəflər arasında razılaşmanın yekun mərhələdə olduğunu bildirib. Müqavilə imzalanacağı təqdirdə "Eyr Asiya”nın "Eyrbas”dan 100 ədəd A321neo və 34 ədəd A330neo təyyarəsi alması nəzərdə tutulub.

"Eyrbas”ın həmçinin Tayvanın "Star Lyuk Eyəlayns” şirkətiylə də müqavilə imzalaya biləcəyini deyib. Tərəflər arasında imzalanacaq razılaşmanın 6 milyard dollar olduğu vurğulanıb.

Qeyd edək ki, 2015-ci ildə İranla nüvə razılaşmasının imzalanmasından sonra "Eyrbas” şirkəti ilə İranla genişmiqyaslı müqavilə imzalamağa cəhd göstərib. Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan etməsi "Eyrbas”ın planlarını məhv edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb