İt adı ilə satdılar, siçan çıxdı

21:08 | 19.10.2018
Çində it alan şəxs dələduzluğun qurbanı olub.


Yenicag.az xəbər verir ki, ona it adı ilə satdıqları heyvan siçan çıxıb.
Məsələ burasındadır ki, heyvanı satın alan şəxs bir müddət sonra "itin” tüklərinin uzanmadığını görüb.
Heyvanın şəkilini sosial şəbəkədə paylaşan alıcı "itin” cinsini öyrənmək üçün dostlarından kömək istəyib.
Məlum oluB ki, ona it adı ilə satılan heyvan əslində Şərqi Asiyadan yaşayan, xüsusən də babmuk və digər bitkilərlə qidalanan siçandır.
Siçana baxa bilməyən adı açıqlanmayan şəxs onu heyvanlara aid quruma təhvil verib.
Qeyd edək ki, "Rhizomys sinensis” adll siçandan Çin mətbəxində də istifadə olunur.
Xatırladaq ki, daha öncə də Çində anoloji hadisə baş verib. Belə ki, ailələrdən birinin it adı ilə iki bəslədikləri heyvanın sonradan ayı olduğu üzə çıxıb.

www.anews.az

Xəbər lenti