Məmmədyarov Aronyanla "sülh bağladı"

11:28 | 14.06.2018
Məmmədyarov Aronyanla

Məmmədyarov Aronyanla "sülh bağladı"

Belçikanın Lyoven şəhərində "Grand Chess Tour” seriyasının I mərhələsi davam edir.

Anews.az unkial.org-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışın rapid növündə daha 3 tur oynanılıb.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) xalları yarı bölüb. O, VI turda isə Fabiano Karuanaya uduzub.

Nəticədə ilk 3 turda 3 xal qazanan həmyerlimiz aktivinə daha 4 xal əlavə edib və 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turnirdə bu gün daha 3 matç baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb