Nazir: Bəzi şirkətlər vergidən yayınırlar

12:02 | 13.02.2018
Dövlətin və sahibkarların maraqları bir-birinə uyğun gəlməlidir.

Anews.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf” adlı konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib. 

O, son illər vergi sistemində aparılan islahatlara toxunaraq, müsbət və mənfi nəticələrin olduğunu xatırladıb.

Nazir bildirib ki, Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir.

M.Cabbarov vergitutma bazasının genişləndirilməsinin tərəfdarı olduğunu deyib:

"Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq.

Vergi  toplanmasından könüllü vergi ödənilməsinə keçilməlidir. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi nəzarəti informasiya texnologiyaları üzərindən keçiriləcək”.

Nazir deyib ki, Azərbaycanda xarici və yerli şirkətlər vergidən yayınma hallarına yol verirlər:

"Şirkətlər bunun üçün yaxşı hüququşünaslar işə götürürlər. Biz bu halları bilirik. Cari vergi pozuntularının şahidi oluruq. Kiçik sahibkarlıqda vergidən yayınma daha genişdir.

www.anews.az