Psixoloqlardan xəbərdarlıq: “İnstaqram sağlamlıq üçün təhlükəlidir”

20:30 | 12.11.2018
Psixoloqlardan xəbərdarlıq: “İnstaqram sağlamlıq üçün təhlükəlidir”

Psixoloqlardan xəbərdarlıq: “İnstaqram sağlamlıq üçün təhlükəlidir”

ABŞ-ın Pensilvaniya universitetinin psixoloqları yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək tənhalıq hissini artırır və depresiyaya səbəb olur. Nəticələr "Journal of Social and Clinical Psychology” jurnalında dərc edilib.

Alimlər aktiv olaraq Facebook, İnstagram, Snapchat-dan istifadə edən 143 tələbə üzərində təcrübə aparıblar. Bundan əvvəl isə könüllülərin əhvalını müəyyən etmək üçün sorğu aparılıb. Eyni zamanda statistika vasitəsilə sosial şəbəkələrdə keçirilən vaxt ölçülüb.

Sonra isə tələbələri iki qrupa ayırıblar. Birinci qrupda könüllülər sosial şəbəkələrə əvvəl ayırdıqları qədər vaxt ayırıblar. İkinci qrup üzvləri isə sosial şəbəkələrə gün ərzində 10 dəqiqə ayırıblar. Təcrübə 3 həftə davam edib. Təcrübə başa çatdıqdan sonra alimlər xüsusi anket hazırlayıblar və onu tələbələrə təqdim ediblər. Anket sosial dəstək, mühitdən təcrid edilmə, tənhalıq, həyəcan, depresiya, özgüvən və özünü dərk kimi göstəricilərə malik olub.
Məlum olub ki, tənhalıq və depresiya birbaşa olaraq sosial şəbəkədə keçirilən vaxtdan asılıdır.
Təcrübə qrupunun rəhbəri Melissa Q.Hant deyib:

"İroniyadır, sosial şəbəkəyə daha çox diqqət ayıran daha çox tənha olur. Bunun səbəbi şüuraltı müqayisədir. İnsan İnstaqramda digərlərinin həyatındakı hadisələrə baxır və düşünür ki, hamı ondan yaxşı yaşayır”./olke.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb