Publika.az xəbər verir ki, bu tarixi görüşün ən diqqət çəkən tərəfi isə Trampın ölkəsində "xain” elan edilməsi oldu. Və bu ittihamları sadə amerikalılar deyil, CİA-nın keçmiş direktoru Con Brennan, neoconların və Amerika müharibə makinasının açar şəxsi senator Con Makkeyn, Nümayəndələr Palatasının rəhbəri Paul Ryan, keçmiş baş prokuror Preet Bharara, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Dean Coats kimi "dərin Amerika”nın mühüm şəxsləri dilə gətirdi. Onlar Tramp-Putin görüşünü "xəyanət, rəzalət, utancverici, fiasko, böyük səhv” adlandırdılar.
"Aydınlıq” qəzeti Helsinkidə Tramp-Putin zirvəsini 1975-ci il görüşü ilə qarşılaşdırılıb.
1975-ci il Helsinki zirvəsində nələr olmuşdu?
Qəzetə görə, SSRİ-nin dağılması Qorbaçovla deyil, əslində 1975-ci il Helsinki zirvəsi ilə başladı.
Maraqlıdır ki, həmin görüş də Tramp-Putin görüşünün keçirildiyi iyul ayında baş tutmuşdu. O dövrdə ABŞ prezidenti olan Cerald Ford SSRİ rəhbəri Leonid Brejnevlə görüşmüşdü. Bu görüşün ardınca 1975-ci ilin 1 avqustunda Helsinkidə 35 ölkə "Helsinki Yekun Sənədi”, yaxud "Helsinki Deklarasiyası” adlanan sənədi imzaladı. Qərb-Şərq münasibətlərinin yaxınlaşması və yumşaldılmasına hesablanmış bu sənədin imzalanmasından sonra Şərqi Avropadakı Sovet respublikalarının hamısında ziyalı və millətçi təbəqə hərəkətə keçdi. İnsan haqları və azadlıq hərəkatları formasında başlayan proseslər zaman keçdikcə Moskvanın hegemoniyasına qarşı azadlıq mübarizəsinə çevrildi. Lakin bu böyük partlayış kimi yox, tədricən inkişaf edən proses olaraq həyata keçdi.
"Vətəndaş cəmiyyətlərinin imperiya siyasətində alətə çevrilməsi, dini terrorçuların Əfqanıstanda tələyə düşən SSRİ-yə qarşı hərəkətə keçməsi, Rokfellerin əsas adamı olan Amerikanın Polşa əsilli strateji dühası Bjeziniskinin başlatdığı və "rəngli inqilab”ların ilki hesab olunan Solidarnoj hərəkatı 1975-ci ildəki Helsinki Zirvəsinin nəticələri idi”, - deyə qəzet yazır.
Helsinki zirvəsindən sonra 1985-ci ildə hakimiyyətə gələn Qorbaçovun açıqlıq siyasəti SSRİ-nin dağılması ilə başa çatdı. SSRİ-nin dağılmasından sonra postsovet məkanı "Böyük Şahmat Taxtası”nın (Bjeziniskinin müəllifi olduğu kitab - red.) hədəfi oldu.
Rus imperiyası SSRİ-nin dağılması ilə başlanan çöküşdən 2000-ci ildə hakimiyyətə gələn Putin sayəsində xilas olacaqdı. Putin rus imperiyası ideologiyasını təzələdi, Çinlə böyük ittifaqa getdi və Amerikanın qarşısında əsl "rus ayısı”nı çıxarmağı bacardı. 2018-ci ilin Helsinki Zirvəsi 1975-ci ildən fərqli olaraq rusların üstünlüyü ilə keçdi.
"Tramp zirvəyə 22 trilyon dollar borcu olan ABŞ lideri olaraq qatılmışdı və onun ölkəsini çöküşdən xilas edəcəyi heç də inandırıcı görünmür. Zirvədən sonra Trampın Amerikanın "dərin dövləti” tərəfindən xəyanət ittihamı ilə vəzifəsindən uzaqlaşdırıla biləcəyi ehtimalı da az deyil”, - deyə "Aydınlıq” yazır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !