"Çelsi"- "Qarabağ" oyunu 4-0 hesabla bitdi - YENİLƏNİR

22:08 | 22.11.2017

"Çelsi"- "Qarabağ" oyunu 4-0 hesabla bitdi - YENİLƏNİR

 Hakim daha bir penalti  təyin etdi. Hesab ingilis klubunun xeyrinə 3-0 oldu.
 
22.00
 
*  *  *
 
Celsi hesabı artırdı . "Qarabağ"-ın qapısına ikinci qol vuruldu. 
 
*  *  * 21.37 
Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək. Qaynarinfo xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ” da meydana çıxacaq.
 
C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə "Çelsi”sini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Qurban Qurbanovunyetirmələri üçün həlledici görüşlərdən biridi.
 
Belə ki, "Qarabağ”ın avrokubok taleyi böyük ölçüdə V turun nəticələrindən asılıdı. Çünki bu qarşılaşmalardan sonra Ağdam təmsilçisinin 1/8 final şansı da, Avropa Liqası ümidi də qala, hətta sonuncu yer də rəsmiləşə bilər.
 
Çempionlar Liqasının 1/8 finalına yüksəlmək üçün nəzəri şanslara malik komandamız mütləq qalib gəlməlidi. "Çelsi” üzərində qələbə Qurbanovun yetirmələrini sonuncu tur öncəsi böyük ümid verəcək. "Roma”nın səfərdə "Atletiko”ya uduzması isə bu ümidləri artıra bilər. Çünki son turda İtaliyaya səfər edəcək "Qarabağ” romalılarla əyani dueldə vəsiqələrdən biri üçün mübarizə apara bilər.
 
Qələbə həm də minimum vəzifə - Avropa Liqasına vəsiqə şansını artıracaq. Heç-heçə də bu şansı saxlayacaq. Lakin qitənin ikinci dərəcəli klub turniri arzusu üçün "Roma”nın "Atletiko”nu məğlub etməsi, ən pis halda bərabərliyi lazımdı. Hər iki halda 3-cü yerin sahibi son turda bəlli olacaq.
 
Lakin sonuncu tur "Qarabağ” üçün formallığa da çevrilə bilər. Çempionumuz "Çelsi”yə uduzsa, "Atletiko” italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün "Roma”nın səfərdən xalla dönməsi lazımdı.
 
Çempionlar Liqası
Qrup mərhələsi
C qrupu, V tur


22 noyabr
21.00 Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) 0:1
Qol: Eden Hazard, 21.
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Çelsi: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Hazard, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta (k), 30. David Luiz.
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq.
Baş məşqçi: Antonio Konte.

Hakimlər: Manuel De Souza, Alvaro Meskuita, Rikardo Santos, Nuno Pereyra (Portuqaliya).
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (Portuqaliya).
Bakı Olimpiya Stadionu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb