Roma Papasının "Lamborghini"si lotoreyada uduşa qoyuldu - FOTO

20:30 | 12.12.2018
Roma Papasının

Roma Papasının "Lamborghini"si lotoreyada uduşa qoyuldu - FOTO

Bir müddət əvvəl "Sotheby’s” hərracında Roma Papasına məxsus avtomobil satışa çıxarılmışdı.

İndi də "Omaze” şirkəti bu "Lamborghini Huracan” modelini loterayada uduşa qoymaq niyyətinə düşüb.

Ötən il "Lamborghini” şirkəti Roma Papasına avtomobil bağışlamışdı. Papa isə avtomobili hərraca çıxararaq 809.375 avroya satmışdı. Əldə edilən vəsait isə xeyriyyə məqsədi üçün sərf edilib.

Indi isə "Omaze” onlayn-xeyriyyə platforması Roma Papasının superkarını lotoreyada uduşa qoyur. Bunun üçün isə istənilən şəxs ianə verməlidir və bu ianələr bal sistemi ilə qiymətləndiriləcək.

Şirkət əldə edilən vəsaiti müharibədən əziyyət çəkənlərə və qul ticarətinin ziyan vurduğu insanlara xərcləyəcək.
mənbə: olke.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb