Şahzadənin xanımı hamilədir - FOTO

19:30 | 15.10.2018
Şahzadənin xanımı hamilədir - FOTO

Şahzadənin xanımı hamilədir - FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, Sasseks hersoqu şahzadə Harrinin xanımı Meqan Markl hamilədir.

Bu barədə Kensinqton Sarayının Twitter-dəki akkauntunda məlumat verilib.

"Əlahəzrətlər bildirirlər ki, Sasseks hersoginyası hamilədir və 2019-cu ilin baharında ana olacağını gözləyir. Onlar bu xoş xəbəri bölüşməkdən bəxtəvərlik duyurlar".

34 yaşlı şahzadənin 37 yaşlı xanımının hamilə olması münasibətilə kraliça 2-ci Yelizaveta və onun əri, şahzadə Filipp, şahzadə Çarlz və xanımı, Kornuoll hersoginyası Kamilla, şahzadə Uilyam və onun xanımı, Kembric hersoginyası Keyt Harri ilə Meqanı şahzadə Yevgeniyanın toyunda təbrik ediblər.

Meqan Marklın anası Doriya Reqland da sevindiyini, ilk nəvəsinin dünyaya gəlişini səbirsizliklə gözlədiyini bəyan edib.

Hazırda şahzadə Harri və xanımı Meqan ilk xarici səfərlərindədir. Avstraliyada olan cütlük Fici və Tonqa adalarına yollanacaqlar./milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb