Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

23:29 | 17.08.2018
Oturub həzm etməyəcəyik. Bu işin sonunu daha görmədik, nələr olacağını görəcəyik.
Anews.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp keşiş Endryu Bransonun həbsdə olmasına münasibət bildirərkən söyləyib.
"Türkiyə uzun zamandır bir problemdir. Bir dost kimi davranmadılar. Nə olacağını görəcəyik. Branson ecazkar bir insandır. O casus deyil. Hazırda mühakimə olunur, əlbəttə buna mühakimə desəniz. Çox uzun müddət əvvəl onu geri verməli idilər. Türkiyə çox pis davrandı, daha bu iş bitmədi. Oturub bunu qəbul etməyəcəyik, insanlarımızı bilmirlər, ona görə nə olacağını görəcəyik”, – Tramp qeyd edib.

www.anews.az