UEFA nümayəndələri BOS üçün Bakıya gəldi

İqtisadiyyat 13-02-2018 14:52
UEFA nümayəndələri BOS üçün Bakıya gəldi
Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.

Anews.az xəbər verir ki, həftə sonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyəti infrastruktura baxış keçirəcəklər.

Bu gün BOS-da AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək. Avropanın ikinci səviyyəli turnirinin qalibinin adı mayın 29-da Bakı Olimpiya Stadionunda müəyyənləşəcək.

www.anews.az