Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi həbslər...

10:42 | 17.04.2018
Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi həbslər...

Xalq Sərkisyana qarşı küçələrə çıxdı: kütləvi həbslər...

İrəvan polisinin rəis müavini Valeri Osipyan bu səhər Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə polisin qərarını təqdim edib.

Axar.az xəbər verir ki, o, bu barədə qərarın aprelin 16-da verildiyini açıqlayıb. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb.

Paşinyan tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib:

"Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayıb. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.

Qeyd edək ki, İrəvanda artıq 5-ci gündür etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edənlər Serj Sərkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər. Etiraz aksiyalarına Yelk Blokundan olan deputat Nikol Paşinyan rəhbərlik edir.

İrəvanda baş tutan aksiyalarda artıq polislə də toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir.

Paşinyan dünən etirazçıların parlament binasını mühasirəyə alacaqlarını da bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Artıq Abovyan, Koryun, Teryan küçələri etirazçılar tərəfindən bloklanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb