2 min il yaşı olan tarixi şəhər İŞİD təhlükəsi altında - FOTOLAR

22:58 | 15.05.2015
2 min il yaşı olan tarixi şəhər İŞİD təhlükəsi altında - FOTOLAR

2 min il yaşı olan tarixi şəhər İŞİD təhlükəsi altında - FOTOLAR

İŞİD terror təşkilatı İraqdan sonra Suriyada tarixi mirası darmadağın edəcək. Təşkilat Humus yaxınlığındakı antik Palmira şəhərinin 1-2 kilometrliyə qədər irəliləyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünyaca məşhur və 2 min il tarixə malik, eyni zamanda 35 ildən çox BMT-nin mədəniyyət mirasları siyahısında daxil edilən Palmira şəhəri və buradakı abidələr dağılmaq təhülkəsi ilə üz-üzədir. 

Suriya Qədim Əsərlər və Muzeylər Qurumunun rəhbəri Məmun Abdülkərim İŞİD-in şəhərə daxil olacaı təqdirdə böyük bir faciənin yaşanacağını deyib. Abidə və qədmi məzarlıqların məhv ediləcəyini vurğulayan qurum rəhbəri beynəlxalq aləmdən yardım istəyib. İndiyə qədərki atışmalar zamanı Palmira şəhəri fəsadlar alıb.

İŞİD İraqın islamdan öncəki tarixi abidələrinə böyük zərbələr vurub, 3 min illik Nimrud və 2 min illik Hatra antik şəhərləri yerlə-yeksan edilib.
 
 

 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb