2013-cü ilin ən uğursuz filmləri - SİYAHI

19:59 | 03.12.2013
2013-cü ilin ən uğursuz filmləri - SİYAHI

2013-cü ilin ən uğursuz filmləri - SİYAHI

Julian Assanc haqqında film birincidir

“Forbes” jurnalı 2013 – cü ilin 5 uğursuz filmini müəyyənləşdirib. Kulis.az-ın məlumatına görə, reytinqin tərtib olunmasında əsas olaraq kassa gəlirləri, filmə çəkilmiş xərclər əsas götürülüb.

 

İngiltərəli aktyor Benedikt Kemberbetçemin baş rolda oynadığı, Julian Assanc haqqında çəkilmiş “Beşinci hakimiyyət” (The Fifth Estate) filmi ilk sırada yer alır.

 

Uğursuzlar sırasında zirvədə yer almasının əsas səbəb kimi, 25 milyon dollarlıq filmin dünya prokatında 6 milyon dollar gəlir gətirməsi göstərilir.

 

Siyahının ikinci pilləsində Silvestr Stallonenin çəkildiyi "Qarşısıalınmaz" (Bullet to the Head) filmi gəlir.

 

Üçüncü yerdə Harrison Ford və Herri Oldmanın “Paranoya” (Paranoia) filmi dayanır. 35 milyon dollar büdcəsi olan film 13, 5 milyon dollar gəlir gətirib.

 

Dördüncü və beşinci yerlərdə müvafiq olaraq “Parker” (Parker) və “Qüsur şəhəri” (Broken City) filmləri qərarlaşıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb