2015 Bakı Avropa Oyunları haqqında nə bilirik? - FOTO+VİDEO

19:01 | 09.04.2014
2015 Bakı Avropa Oyunları haqqında nə bilirik? - FOTO+VİDEO

2015 Bakı Avropa Oyunları haqqında nə bilirik? - FOTO+VİDEO

Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına 429 gün qalır. Bu, ilk dəfə və bu miqyasda keçiriləcək bir layihə üçün heç də uzaq tarix deyil. Lakin gəlin görək, biz Bakı Olimpiya Oyunları haqqında nə bilirik? Avropa Oyunları İtaliyada, Romada 2012-ci il dekabrın 9-da Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis edilmişdir. Baş Assambleyanın toplantısında, ilk Oyunları keçirmək hüququ Azərbaycana, Bakı şəhərinə verilmişdir. Avropa Oyunları dörd ildə bir dəfə keçiriləcəkdir.Avropa Olimpiya Oyunlarının Bakıda təntənəli açılışı üçün məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb. Komitəyə Azərbaycanın Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva sədrlik edir. 2015 Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılıb. BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov, baş əməliyyat direktoru cənab Cim Şerdir.2015 Bakı Avropa Oyunlarında hansı ölkələr iştirak edəcək?2015-ci il Avropa Oyunlarının inaqurasiya mərasimində 49 Avropa ölkəsindən 7000-dən 15000-dək idmançının iştirak etməsi gözlənilir. İştirak edəcək ölkələr:Albaniya, Andorra, Ermənistan, Avstriya, Azərbaycan (Keçirilmə yeri), Belarus, Belçika, Bosniya və Hersoqavina, Bolqarıstan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna.2015-ci Bakı Avropa Oyunlarında  hansı idman növləri iştirak edəcək?2015-ci Bakı Avropa Oyunlarında 19 idman növü üzrə Avropa Olimpiya hərəkatının 49 üzv-dövlətindən 5400-dən artıq idmançı iştirak edəcək:Su idmanı - Suya tullanma, Üzgüçülük, Sinxron üzgüçülük, Vaterpol OxatmaYüngül atletika (Atletikanın ilk Avropa Oyunlarında olması hələ ki təsdiqlənməsini gözləyir)BadmintonBasketbol 3x3Çimərlik futboluBoksKanoe sprintiVelosiped idmanıQılıncoynatmaGimnastika (İdman gimnastikası, bədii gimnastika və trampolin yarışları)Cüdo KarateAtıcılıqStolüstü tennisTaekvondoTriatlonVoleybol(Voleybol, çimərlik voleybolu)Güləş (Sərbəst güləş, Yunan-Roma güləş növü)2015 Bakı Avropa Olimpiya Oyunları hansı məkanlarda keçiriləcək?Avropanın ən peşəkar atletlərinin mübarizəsi üçün uyğun 21 dünya standartlı yarış məkanı müəyyən edilmişdir. Tamamlanma tarixi 2015-ci ilin feveral ayına nəzərdə tutulan Olimpiya stadionu 65 min azarkeş üçün nəzərdə tutulub. Bundan başqa "Crystal Hall" və nəzərdə tutulan əlavə tikililəri, Milli Gimnastika Arenası, Tofiq Bəhrəmov adına stadion, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Atıcılıq Mərkəzi, Bakı Akvatika Mərkəzi, Atletlərin Kəndi kimi tikililər də bu irimiqyaslı tədbirin keçirilmə məkanlarına aiddir. Qeyd edək ki, 2015-ci il Avropa Oyunları haqqında daha ətraflı məlumatı Komitənin rəsmi səhifəsi olan www.baku2015.com internet səhifəsindən əldə etək olar. Səhifədəki məlumatlar Azərbaycan və İngilis dili olmaqla 2 dildə təqdim olunub. Cəmilə İbrahimova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb