Qızıl ucuzlaşdı

10:10 | 16.02.2016
Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Fevralın 15-nin ABŞ-da Prezident günü kimi qeyd olunması ilə əlaqədar qeyri-iş günü olduğundan fond bazarında indekslər dəyişməyib və cümə gününün yekunları səviyyəsində qalıb. 

Hazırda Dow Jones indeksi 15 973,84 bənd, S&P 500 - 1 864,78 bənd, Nasdaq isə 4 337,51 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,04% bahalaşaraq 5 824,28 bənd, Fransa CAC-40-ı 3,01% artaraq 4 115,25 bənd, Almaniya DAX-ı isə 2,67% irəliləyərək 9 206,84 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 15,70 ABŞ dolları yaxud 1,30%, ucuzlaşaraq 1 193,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1150 (-0,05%) təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb